Ukraynada hərbi xidmətə çağırış yaşının azaldılması çağırışına sərt cavab

Ukraynada hərbi xidmətə çağırış yaşının azaldılması çağırışına sərt cavab

Bu gün, 15:10
-

A

+

Amerikalı milyarder İlon Mask noyabrın 28-də ABŞ-ın Ukraynada hərbi xidmətə çağırış yaşını 18-dək endirmək təklifini tənqid edib. 

Söz.az xəbər verir ki, Mask məsələ ilə bağlı sahibi olduğu "X" sosial şəbəkəsində paylaşım edib. 

"Daha neçə nəfər ölməlidir?", - deyə İlon Mask sosial mediada yazıb. 

Qeyd edək ki, daha əvvəl "Reuters" ABŞ-nin Ukraynanı hərbi xidmətə çağırış yaşını 25-dən 18 yaşa endirməyə çağırıb. Bu bəyanatla Ağ Evin yüksək vəzifəli nümayəndələrindən biri çıxış edib. Onun fikrincə, Kiyev hərbi kadrların hazırlanması üçün kifayət qədər səy göstərmir və ölkə yeni səfərbərlik dalğasına başlamalıdır.

yuxarı