Xalq artisti vəfat etdi

Xalq artisti vəfat etdi

28-11-2024, 16:12
-

A

+

Rusiyanın Xalq artisti Vera Karpova vəfat edib.

Söz.az Rusiya KİV-nə istinadən xəbər verir ki, aktrisa noyabrın 27-də Sankt-Peterburqda 91 yaşında dünyasını dəyişib.

Sankt-Peterburqun qubernatoru Aleksandr Beqlov sənətçinin yaxınlarına və pərəstişkarlarına başsağlığı verib. O bildirib ki, mədəniyyətə ağır itki üz verib.

Karpova ilə vida mərasiminin vaxtı və yeri barədə hələlik məlumat yoxdur.


yuxarı