A
+Ukrayna hakimiyyəti Ali Radanı Kiyevin diqqətlə mühafizə olunan hökumət ərazisinə köçürmək qərarına gəlib.
Söz.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Məlumata görə, Kiyevdə bu addım “Oreşnik” orta mənzilli raketlə endiriləcək yeni zərbədən qorxduqları üçün atılıb.
Hazırda Ukrayna parlamentinin binası, Kiyevin hökumət məhəlləsində yerləşir.
Məqalədə qeyd olunub ki, Nazirlər Kabineti, Ukrayna prezidentinin administrasiyası və milli bank da orada yerləşir.
Rusiya prezidenti Vladimir Putin noyabrın 28-də bildirib ki, ölkə aqressiya aktlarına cavab verəcək və Ukraynadakı hər bir hədəf üçün ayrıca silah var.
Moskva, “Oreşnik” raketinin Ukraynanın hərbi obyektlərinə, o cümlədən, Kiyevdə yerləşən hərbi sənaye obyektlərinə və ya qərar qəbuletmə mərkəzlərinə qarşı istifadəsini istisna etmir.
Qeyd edək ki, noyabrın 21-də Rusiya prezidenti Vladimir Putin Amerika və Britaniyanın “Storm Shadow” və ATACMS raketlərinin Rusiya ərazisinə hücumu ilə bağlı müraciət edib.
Prezident yeni orta mənzilli “Oreşnik” ballistik raketinin sınaqdan istifadə edilməsi ilə Rusiyaya qarşı təcavüzə cavab olaraq Dnepropetrovskdakı “Yujmaş” hərbi zavoduna birgə zərbə endirildiyini elan edib.
Putin xəbərdarlıq edib ki, Rusiyadakı obyektlərə qarşı silahdan istifadə etməyə icazə verən ölkələrin hərbi obyektlərinə qarşı silah tətbiq etmək hüququna malik olacaq.