Bu ölkədə nazir istefa verdi! Telefon almaq üçün...

Bu ölkədə nazir istefa verdi! Telefon almaq üçün...

29-11-2024, 11:57
-

A

+

Böyük Britaniyanın nəqliyyat naziri Luiza Heyq istefa verib. 

Söz.az xəbər verir ki, bu barədə “Sky News” məlumat yayıb.

Məmur onun dələduzluqda ittiham olunduğu barədə məlumat yayıldıqdan sonra vəzifəsini tərk edib. 

Heyq 2013-cü ildə iş telefonunun oğurlanması barədə polisə yalan məlumat verməklə bağlı günahını etiraf edib.

Luiza Heyq 10 il əvvəl saxtakarlıqda təqsirli bilinib və nazir 2015-ci il seçkilərinə 6 ay qalmış oğurluq barədə yalan məlumat verərək məhkəmə qarşısına çıxarılıb. 

Mənbələrin bildirdiyinə görə, Heyq daha müasir iş mobil telefonu almaq istədiyi üçün yalan ifadə verib.


yuxarı