A
+Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEK) hesabatında İranla bağlı diqqətçəkən məlumatlar açıqlanıb.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən hesabatın İran tərəfindən agentliyə verdiyi məlumatlara əsaslandığı bildirilib.
Hesabatda İranın ölkənin Fordo və Natanzdakı obyektlərində təxminən 6000 sentrifuqa işlətməyi planlaşdırdığı bildirilib.
Hazırda sözügedən ərazilərdəki yerüstü obyektlərdə 10 mindən çox sentrifuqa fəaliyyət göstərir. Məlumata görə, İran hər biri 174 sentrifuqdan ibarət 32 kaskad qurmağı planlaşdırır.
Eyni zamanda qeyd olunub ki, İran 1152 təkmil IR-6 sentrifuqası olan kaskad yaratmaq istəyir.
Beynəlxalq Atom Enerjisi Agentliyinin hesabatında uranın 60 faizədək saflığa qədər zənginləşdirilməsi qeyd olunmur ki, bu da uran üçün tələb olunan təxminən 90 faiz zənginləşdirməyə nisbətən yaxındır.