A
+Rusiyada gənc oğlan yeni telefonun partlaması nəticəsində 2-ci dərəcəli yanıq xəsarətləri alıb.
Söz.az xəbər verir ki, bu barədə “Mash” “Telegram” kanalı məlumat yayıb.
Nəşrin məlumatına görə, telefon onun cibində partlayıb. Gənc barmaqları və bud nahiyəsindən xəsarət alıb.
Hadisədən sonra zərərçəkmiş cihazı aldığı mağazaya gələrək təzminat tələb edib. Oğlana telefonu dəyişdirməyi və iki min rubl ödəməyi təklif ediblər.
Bununla razılaşmayan zərərçəkən məhkəməyə müraciət edib.
Nəticədə şirkət ona 50 min rubl ödəməyə məcbur olub. Lakin bu, gənci qane etməyib. O, hazırda yanıqlara görə utandığını və telefonunun yenidən partlayacağından qorxduğunu deyib.