A
+Avropa ölkələri əhalini mümkün müharibəyə hazır olmağa çağırıb.
Söz.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Məlumata görə, bunkerlərin yerləşdiyi ərazilə tapmaq üçün proqramlar hazırlayan ölkələr, əhalini tez xarab olmayan qidalar, konservləşdirilmiş qidalar və yod ehtiyatı toplamağa səsləyib.
Xüsusilə, İsveçdə “Böhran və ya müharibə vəziyyətində” adlı 32 səhifəlik broşür paylanır.
Bu, bildiriş sistemləri, bomba sığınacaqları, rəqəmsal təhlükəsizlik və "su yoxdursa tualetdən necə istifadə etmək" haqqında tövsiyələri ehtiva edir.
“Biz qeyri-müəyyən dövrlərdə yaşayırıq. Dünyada silahlı münaqişələr var. Terrorizm, kiberhücumlar və dezinformasiya kampaniyaları bizə təsir etmək üçün istifadə olunur”, - deyə İsveç broşurunun proloqunda deyilir.