A
+Hindistanda keçirilən anım tədbirində məşəllər faciəyə səbəb olub.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, məşəllərdəki alovların nəzarətdən çıxması nəticəsində ən azı 30 nəfər yaralanıb.
Hadisə 2009-cu il noyabrın 28-də Hindistanın Madhya Pradeş əyalətinin Xandva şəhərində baş verən hücumda həyatını itirənlərin xatirəsini anmaq üçün keçirilən baş verib.
Dünən axşam saatlarında keçirilən tədbirdə alovlandırılan məşəllər mərasimin sonunda söndürülməsi üçün tərsinə çevrilərək su ilə doldurulmuş qaba qoyularkən, birdən ətrafı alov bürüyüb.
Alov onlarla insane sıçradığı üçün böyük panika yaşanıb. İnsanlar ətrafa qaçıb və alov qısa zamanda söndürülüb.
Polisin verdiyi açıqlamada qadın və uşaqların da olduğu 30 nəfərin yaralandığı bildirilib.
Xəstəxanaya çatdırılan yaralılardan 18-nin evə buraxıldığı, 12 nəfərin müalicəsinin davam etdiyi vurğulanıb.
Xəsarət alanların həyati təhlükəsinin olmadığı deyilib.