A
+“Pagesus” aviaşirkətinin Tehran-İstanbul reysi ilə uçan təyyarəsində həyəcanlı anlar yaşanıb.
Söz.az “Haberler.com”-a istinadən xəbər verir ki, enişə hazırlaşan təyyarədə sərnişin “Allahu Əkbər” qışqıraraq çıxış qapısını açmağa çalışıb.
Sözügedən sərnişini sakitləşdirməyə çalışan digər sərnişinlər və ekipaj üzvləri fiziki hücuma məruz qalıblar.
Hadisə şahidləri bildiriblər ki, təcili çıxış qapısını açmağa çalışan şəxs uçuş başlayandan sürətlə nəfəs alıb və yaxşı görünməyib.
Hava yolları verdiyi açıqlamada sərnişinin uçuş heyətinə fiziki hücum etdiyini və təyyarədə nəzarət altına alındıqdan sonra Sabiha Gökçen Hava Limanında polisə təhvil verildiyi qeyd edilib.