A
+Rusiyada krasnoyarsklı iş adamı Vladimir Eqorovun oğlu 98 milyon rublu mənimsəməkdə şübhəli bilinir.
Söz.az REN TV-yə istinadən xəbər verir ki, gənc iki ay müddətinə həbs edilib.
İstintaqın məlumatına görə, 2022-ci il dekabrın 15-də “KDSK” MMC-nin baş direktoru Anton Eqorov mühəndislik xidmətlərinin göstərilməsi, o cümlədən texniki sənədlərin hazırlanması və müəssisənin modernləşdirilməsi üzrə işlərin görülməsi üçün müqavilə bağlayıb.
Müqavilə üzrə işin tamamlanmadığını görən cavabdeh işin həcmi və dəyəri barədə hesabatlara yalan məlumatlar daxil edib.
Gəncə qarşı “Dələduzluq” maddəsi ilə cinayət işi başlanıb.
İstintaq Komitəsinin regional idarəsi bildirib ki, ümumilikdə oliqarxın oğlu 98 milyon rublu mənimsəyib. Onun bir hissəsi Ekologiya milli layihəsi çərçivəsində ayrılıb.