Saxta spirtli içkidən ölənlərin sayı artdı

Saxta spirtli içkidən ölənlərin sayı artdı

29-11-2024, 16:16
-

A

+

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən həyatını itirənlərin sayı 4-ə yüksəlib.

Söz.az "Haberler.com"-a istinadən xəbər verir ki, Təhlükəsizlik Müdirliyi Qaçaqmalçılıq Cinayətləri ilə Mübarizə Şöbəsi və rayon polis şöbəsi qruplarının iştirakı ilə keçirilən saxta içki əməliyyatı ilə bağlı araşdırma davam edir.

Son 3 gündə Şişli, Beyoğlu, Fatih və Ümraniyedə saxta spirtli içkidən zəhərlənmə şübhəsi ilə 12 nəfərin xəstəxanaya müraciət edib.

12 nəfərdən 4-ü dünyasını dəyişib.

Axtarış zamanı 410 litr qablaşdırılmış etil və metil spirti, 165 şüşə qanunsuz spirt və onun istehsalında istifadə olunan maddə aşkar edilərək götürülüb.

Əməliyyat çərçivəsində nəzarətə alınan 12 şübhəli haqqında istintaq başladılıb. 


yuxarı