Dəhşətli qəza baş verdi! 50 avtomobil toqquşdu - Çox sayda yaralı var

Dəhşətli qəza baş verdi! 50 avtomobil toqquşdu - Çox sayda yaralı var

1-12-2024, 20:32
-

A

+

Almaniyada 50 avtomobil toqquşub, 30-a yaxın adam xəsarət alıb.

Söz.az "Report"-a istinadən xəbər verir ki, bu barədə "Bild" qəzeti yazıb.

Məlumata görə, ölkənin qərbindəki Şimali Reyn-Vestfaliya əyalətində qeydə alınıb.

Qəza nəticəsində 26 nəfər xəsarət alıb, onlardan 8-nin vəziyyəti ağırdır.

Hadisəyə səbəb olan yük maşınının sürücüsü polisin dayanmaq tələbinə cavab verməyib, sürəti artırıb və qarşıdakı zolağa çıxaraq bir neçə avtomobilə çırpılıb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları 30 yaşlı sürücünü saxlayarkən onun sərxoş olduğu üzə çıxıb.


yuxarı