Gürcüstanda gərginlik! 100-dən çox polis yaralandı

Gürcüstanda gərginlik! 100-dən çox polis yaralandı

2-12-2024, 07:45
-

A

+

Noyabrın 28-də axşam saatlarından başlayaraq Tbilisidə keçirilən etiraz aksiyalarında ümumilikdə 113 polis əməkdaşı yaralanıb. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb. 

Bildirilib ki, hazırda dörd hüquq-mühafizə orqanı əməkdaşı xəstəxanadadır.

Məlumata görə, etirazçılar polis əməkdaşlarına hücum edir, hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş, pirotexniki vasitələr, şüşə butulkalar və dəmir əşyalar atırlar

Xatırladaq ki, Noyabrın 28-də axşam saatlarında Tbilisidəki etiraz aksiyası baş nazir İrakli Kobaxidzenin Gürcüstanın Avropaya inteqrasiyası üzrə danışıqların 2028-ci ilə qədər dayandırıldığı barədə bəyanatından sonra başlayıb.

Yüzlərlə etirazçı Gürcüstan parlamentinin binası yaxınlığında toplaşıb. 

Asayiş keşikçiləri parlament binasını müdafiə edirlər. 

Etirazçılar binanın sınmış pəncərələrindən içəri şüşələr, daşlar və pirotexniki vasitələr atırlar. 



yuxarı