A
+ABŞ prezidenti Co Bayden əvvəlki vədinin əksinə olaraq vergidən yayınmaqda və silah əldə etməklə bağlı qanun pozuntularında ittiham olunan oğlu Hanter Baydeni əfv edib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, verdiyi sözü tutmağa çalışdığını bildirən Bayden, respublikaçıların ona qarşı prosesi siyasiləşdirdiyini deyərək özünü müdafiə edib.
Co Bayden, "Bu gün oğlum Hanter üçün əfv fərmanı imzaladım. Vəzifəyə gəldiyim gündən etibarən Ədliyyə Nazirliyinin qərarlarına qarışmayacağımı bildirdim. Oğlum haqsız yerə mühakimə ediləndə belə səssiz qalıb seyr etdim və verdiyim sözümü tutdum. Onlar Hanteri və məni məhv etməyə çalışdılar”, - deyib.
ABŞ Konqresindəki Respublikaçıların iddiadan onlara qarşı istifadə etmək üçünmümkün olan bütün addımları atdıqlarını və ədalətdən kənara çıxdıqlarını iddia edən Bayden, Hanterlə bağlı işin indi siyasi qisas məsələsinə çevrildiyini vurğulayıb.
"Mən ədliyyə sisteminə inanıram, lakin bununla mübarizə apararkən, haqsız siyasətin bu prosesə qarışdığını və bunun da ədalət pozuntusuna gətirib çıxardığına inanıram. Ümid edirəm ki, amerikalılar ata və prezidentin niyə belə qərar qəbul etdiyini başa düşəcəklər", - deyə Bayden bildirib.