Əsəd Ərdoğanın təklifini qəbul edə bilər

Əsəd Ərdoğanın təklifini qəbul edə bilər

2-12-2024, 09:25
-

A

+

Suriya prezidenti Bəşər Əsəd Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ərəb respublikasının şimal bölgələrində vəziyyətin kəskin pisləşməsi ilə əlaqədar münasibətlərin normallaşdırılması təklifini qəbul edə bilər. 

Söz.az xəbər verir ki, bu barədə “Hürriyet” qəzeti yazıb.

“Bir ildir israrla bunu təklif edən prezident Ərdoğanla əl sıxmayan Əsəd səhvinin bədəlini gördü. Ancaq hələ də gec deyil. Yeni şəraitdə Əsəd Ərdoğanla əl sıxa bilər” deyə köşə yazarı Adulkadir Selvi bildirib.

İyunun 28-də Türkiyə prezidenti Dəməşqlə 2012-ci ildə kəsilmiş diplomatik münasibətləri bərpa etməyə hazır olduğunu bəyan edib. 

İyulun 12-də o, xarici işlər naziri Hakan Fidana normallaşma prosesi üçün yol xəritəsi hazırlamağı tapşırdığını açıqlayıb. 

Bəşər Əsəd isə noyabrın sonunda bildirib ki, Suriya hələ dialoqa hazır deyil.



yuxarı