Ermənistan səhəri güclü zəlzələ ilə açdı

Ermənistan səhəri güclü zəlzələ ilə açdı

2-12-2024, 09:48
-

A

+

Ermənistanda 4-5 bal gücündə zəlzələ olub. 

Söz.az "Sputnik Armenia"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Seysmik Mühafizə Xidməti məlumat yayıb. 

Qeyd olunub ki, yeraltı təkanların episentri Lori vilayətinin Stepanavan şəhərindən 11 kilometr cənub-qərbdə yerləşib. 

Zəlzələnin ocağı yerin 10 kilometr dərinliyində yerləşib.

Episentrdə yeraltı təkanların gücü 4-5 bal təşkil edib.

Zəlzələ Lori rayonunun Metsavan, Katnarat və Privolnoye kəndlərində 3,4 bal gücünsə hiss olunub.


yuxarı