Maşını arxaya sürdü, piyadanı öldürdü

Maşını arxaya sürdü, piyadanı öldürdü

2-12-2024, 09:56
-

A

+

Bakıda avtomobil piyadanı vuraraq öldürüb.

Söz.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu, Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki,  Ehtiram Paşayev idarə etdiyi “Chevrolet Cobalt” markalı avtomobili arxa-arxaya sürərkən yol kənarında dayanmış piyada Nurəddin Ağacan oğlu Fərəcovu vurub. Piyada aldığı xəsarətdən ölüb.

Faktla bağlı Yasamal RPİ-də cinayət işi başlanılıb.


yuxarı