Ermənistanda deputatlar sülh müqaviləsinə görə məhkəməyə müraciət edəcək

Ermənistanda deputatlar sülh müqaviləsinə görə məhkəməyə müraciət edəcək

2-12-2024, 11:48
-

A

+

Ermənistanın “Hayastan” müxalifət blokunun 4 deputatı İrəvan və Bakı arasında sülh müqaviləsi layihəsi ilə tanış olmağa qadağa qoyulduğuna görə hökumətə və Ermənistan Xarici İşlər Nazirliyinə qarşı iddia qaldırıb. 

Söz.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkədə həmkarları Artur Xaçatryan, Qeqam Manukyan və Anna Qriqoryanla birlikdə iddia qaldıran fraksiya nümayəndəsi Kristin Vardanyan məlumat verib.

Parlamentarilər xarici işlər naziri Ararat Mirzoyanın 14 mart 2024-cü il tarixli əmrinə etiraz etmək istəyirlər. 

Robert Makeyanın sədrliyi ilə keçirilən məhkəmə iddianı qəbul edib və ilk iclas 2025-ci il yanvarın 14-nə təyin edilib. 

Vardanyan deyib ki, deputatlar bu özbaşına qərarın ləğvi və qanuni hüquqların bərpası məsələsində qətiyyətli olacaqlar.

Qeyd edək ki, oktyabrda baş nazir Nikol Paşinyan bildirib ki, əslində spekulyasiyaya yol verməmək üçün sazişin mətnini müxalifətə göstərməyi qadağan edən odur. Onun sözlərinə görə, müxalifət mətni oxuyacaq, sonra parlamentin iclas otağına gələrək nağıl danışmağa başlayacaq.



yuxarı