A
+Noyabrın 29-da Nigeriyanın Niger əyalətində sərnişin daşıyan qayığın batması nəticəsində həyatını itirənlərin sayı 54-ə yüksəlib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Nigeriya Milli Fövqəladə Halların İdarə Edilməsi Agentliyinin (NEMA) Niger Dövlət İdarəsi və Nigeriya Qırmızı Xaç İdarəsinin birgə bəyanatında bildirilib.
Axtarış-xilasetmə işləri zamanı 24 nəfərin xilas edildiyi və işlərin davam etdirildiyi vurğulanıb.
Açıqlamada qayıqda olan sərnişinlərin sayının bəlli olmadığı deyilib. Həmçinin onların heç birində xilasedici jilet olmadığı vurğulanıb.