A
+Şahzadə Harri və həyat yoldaşı Megan Markl bu il Milad üçün kral ailəsinin üzvləri ilə bir araya gəlməyəcəklər.
Söz.az xəbər verir ki, bu barədə “People”mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, bayram yeməyinə dəvət olunmayan hersoqlar böyük ehtimalla tətillərini 5 yaşlı oğlu Arçi və 3 yaşlı qızı Lilibetlə Amerikada keçirəcəklər.
Qeyd olunub ki, Şahzadə Harri və Meqan Markl 6 ildir Böyük Britaniyada Milad bayramını kral ailəsi ilə qeyd etmirlər. Eyni zamanda, Şahzadə Uilyam, həyat yoldaşı Keyt Middlton və uşaqları Sandrinqemdə tətil keçirməyi planlaşdırır.
Bukingem və Kensinqton Sarayı Milad qonaqları siyahısına şərh verməkdən imtina edib.