A
+ABŞ-nin birinci xanımı Cil Bayden prezident Baydeni oğlu Hanter Baydeni əfv etmək üçün razı saldığı iddia edilib.
Söz.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
"Aydındır ki, ailə daxilində təzyiq var idi. Son həftələrdə bizə dedilər ki, birinci xanım Cill Bayden prezidentin belə bir şey etməsini çox dəstəkləyir", - deyə telekanalın reportajında qeyd olunub.
82 yaşlı Bayden əfvlə bağlı qərar verməkdə əmin deyildi. Bu səbəbdən də 73 yaşlı birinci xanımın təzyiqinin həlledici amil ola biləcəyi iddia edilib.
Cill Bayden bazar ertəsi Ağ Evdə ögey oğlu haqqında jurnalistlərə: "Əlbəttə mən oğlumun əfv olunmasını dəstəkləyirəm" deyib.
The New York Post qeyd edib ki, Cill Bayden ABŞ-də son 100 ilin ən nüfuzlu birinci xanımlarından biri kimi qəbul edilir.
Həyat yoldaşının prezidentliyi boyunca Cill Bayden ona əlçatanlığı ciddi şəkildə idarə edən və Co Baydeni mətbuatdan qorumaq üçün aqressiv addımlar atan biri kimi tanınıb. Bu, onun prezidentin açıq-aşkar psixi tənəzzülünü ictimaiyyətdən gizlətməyə çalışması ilə bağlı ittihamlara səbəb olub.