Sumqayıtda yaşayış binasında güclü partlayış - VİDEO

Sumqayıtda yaşayış binasında güclü partlayış - VİDEO

3-12-2024, 08:49
-

A

+

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində beşmərtəbəli yaşayış binasında yerləşən mənzildə partlayış baş verib.

FHN-dən Söz.az-a verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub.

Xilasedicilər tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində bu vaxtadək bir nəfər dağıntılar altından sağ çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hazırda axtarış-xilasetmə işləri davam etdirilir. 

Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə edilib. 

Əlavə məlumat veriləcək.


yuxarı