Sərnişin avtobusu TIR-la toqquşdu - Ölən və yaralananlar var

Sərnişin avtobusu TIR-la toqquşdu - Ölən və yaralananlar var

3-12-2024, 09:30
-

A

+

Türkiyədə sərnişinləri daşıyan avtobusun TIR-a çırpılması nəticəsində Bolqarıstan əsilli şəxs ölüb, 3-ü ağır olmaqla 20 nəfər yaralanıb.

Söz.az “Haber Global”-a istinadən xəbər verir ki, hadisə Denizli bölgəsində baş verib. 

Hadisə yerinə sağlamlıq, xilasetmə, polis və jandarma qrupları sövq edilib. 

Avtobusun içərisində sıxışan yaralılar yanğınsöndürənlər və sağlamlıq qrupları tərəfindən nərdivanların köməyi ilə pəncərələrdən çıxarılıb. Yaralılar təcili yardım maşınları ilə müxtəlif xəstəxanalara aparılıb.

Hadisə yerində aparılan araşdırmalardan sonra yük maşını və avtobus evakuatorun köməyi ilə ərazidən aparılıb.

 Qəza ilə bağlı araşdırmalar davam edir.



yuxarı