A
+ABŞ konqresmenləri bildiriblər ki, böyük ehtimalla koronavirus laboratoriyada yaradılıb və sızma nəticəsində yayılıb.
Söz.az RİA-ya istinadən xəbər verir ki, bu barədə amerikalı qanunvericilərin iki illik hesabatında qeyd edilib.
Nümayəndələr Palatasının Nəzarət Komitəsinin koronavirusla bağlı alt komitəsinin dərc etdiyi hesabatda deyilir: “COVID-19 virusu çox güman ki, Çinin Uhan şəhərindəki bir laboratoriyadan yaranıb”.
Bu versiyanın müdafiəsi üçün beş arqument təqdim edilib.
Bildirilib ki, virus təbiətdə rast gəlinməyən bioloji xüsusiyyətlərə malikdir, bundan əlavə, bütün COVID-19 halları insan orqanizminə bir dəfə daxil olması səbəbindən baş verib.