A
+İraq prezidenti Əbdüllətif Rəşidin katibi Sabah Ömər noyabrın 19-da İstanbula gələrək Fatih rayonunda yerləşən otellərdən birində qalıb.
Söz.az “Ekol Tv”-yə istinadən xəbər verir ki, Ömər noyabrın 21-i axşam saatlarında küçədə gedərkən naməlum şəxsin hücumuna məruz qalıb.
Hücumçu ona arxadan yaxınlaşaraq onunla dava edib və başına bıçaq zərbəsi endirib.
Əlində çətir olan başqa bir şəxs hadisə yerinə gələrək hücumçunu oradan uzaqlaşdırıb.
Qan içində olan şəxs polisə müraciət edib.
İddiaya görə, hücum edən restoran işçisi olub və Sabah Ömər diplomatik kimliyini əsas gətirərək yemək yedikdən sonra hesabı ödəməkdən imtina edib.
Bundan qəzəblənən restoran işçisi sözügedən hadisəni törədib.