A
+Tbilisidə hüquq-mühafizə orqanlarının əməkdaşları parlament binası yaxınlığında keçirilən aksiya zamanı 34 nəfəri saxlayıblar.
Söz.az xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Etirazçıların inzibati qaydada saxlanıldı, bundan sonra isə istintaq təcridxanalarına aparıldığı bildirilib. Onlar daha sonra məhkəmə qarşısına çıxarılacaqlar.
Xatırladaq ki, dekabrın 2-i axşam saatlarında Tbilisidə parlament binası yaxınlığında polislə toqquşmaların baş verdiyi hökumət əleyhinə mitinq başlayıb.
Daha sonra toplaşanların qanunvericilik binasından kənarlaşdırılması ilə bağlı qərar qəbul edilib.
Qeyd edək ki, noyabrın 28-də axşam saatlarında Gürcüstanda yeni etiraz dalğası baş nazir İrakli Kobaxidzenin ölkənin Avropaya inteqrasiyası ilə bağlı danışıqların 2028-ci ilə qədər dayandırıldığı barədə bəyanatından sonra başlayıb.
Hakimiyyət ölkə vətəndaşlarını dinc mitinqə çağırsa da, qısa müddət sonra aksiya zamanı ilk polisin yaralandığı məlum olub.