İrəvanda gərginlik! Avtobus sürücüləri görün nə etdilər

İrəvanda gərginlik! Avtobus sürücüləri görün nə etdilər

3-12-2024, 14:01
-

A

+

İrəvanda 18 avtobus sürücüsü etiraz aksiyasında iştirak etdiklərinə görə işdən qovulublar.

Söz.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, sürücülər çərşənbə axşamı səhər saatlarında tətil elan ediblər. Avtobuslar marşrutlara çıxmayıb, bu səbəbdən İrəvanın müxtəlif rayonlarında dayanacaqlarda növbələr yaranıb və vətəndaşlar uzun müddət nəqliyyat üçün gözləməli olublar.

Tətil edən sürücülər meriyadan iş şəraitinin yaxşılaşdırılmasını və maaşlara yenidən baxılmasını tələb ediblər. 

Onlar bildiriblər ki, hakimiyyət yeni gediş haqqı sisteminin tətbiqindən sonra onların maaşlarını 180 min dram artıracağına söz versə də, sonradan buna əməl etməyiblər.

Meriya sürücülərin tələblərini əsassız adlandırıb və onların hərəkətlərində şantaj elementlərinin olduğunu bildirib. 

Şəhər rəhbərliyi yaranmış vəziyyətə əmək qanunvericiliyi çərçivəsində baxacaqlarını və hüquqi qiymət verilməsi üçün aidiyyatı qurumlarla əlaqə saxlayacaqlarını vurğulayıb.



yuxarı