Ukrayna Qərb dövlətlərindən 120 milyard dollar istəyir

Ukrayna Qərb dövlətlərindən 120 milyard dollar istəyir

3-12-2024, 14:45
-

A

+

Ukrayna 2025-ci ildəki hərbi əməliyyatlar üçün Qərb müttəfiqlərindən 120 milyard dollar tələb edib. 

Söz.az xəbər verir ki, bu barədə ANSA agentliyi NATO-dakı mənbəyə istinadən məlumat yayıb. 

Tələb olunan məbləğ Alyansın böyük çətinliklə Vaşinqtonda keçirilən sammitdə Ukraynaya ayırmağa razılaşdığı məbləğdən təxminən üç dəfə çoxdur. Bu məsələnin Ukrayna-NATO Şurasının bu gün Brüsseldə keçiriləcək iclasında qaldırılacağı gözlənilir.

Bununla belə, Kiyev tez qərara, eləcə də Ukraynanın gözlədiyi Alyansa rəsmi dəvətə ümid etməməlidir. 

Münaqişə bitdikdən sonra Avropa qoşunlarının sülhməramlı kimi ölkəyə daxil edilməsi məsələsi də rəsmi səviyyədə müzakirə olunmur.


yuxarı