Minlərlə sakin internetsiz qaldı

Minlərlə sakin internetsiz qaldı

Dünən, 15:18
-

A

+

Finlandiyada bazar ertəsi axşamdan çərşənbə axşamı səhərə qədər İsveç və Finlandiyanı birləşdirən iki internet kabelinə naməlum şəxslər tərəfindən zədələnib. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, hər iki hadisə Finlandiya daxilində baş verib.

Kabelləri təşkil edən “Global Connect” şirkətinin sözçüsü Niklas Ekström açıqlamasında "Birinci zərəri Helsinki yaxınlığında, ikincini isə Viçtis bölgəsindən kənarda aşkar etdik. Təxminən 6000 ev təsərrüfatı və 100 müəssisə zərər çəkib. Onların internet bağlantıları kəsilib”, - deyib. 

İsveç tərəfində isə internetdə heç bir fasilə olmayıb.

Finlandiya polisi baş verənlərin təxribat və ya cinayət əməli ola biləcəyini nəzərə alaraq istintaq başladıb. 

Hər iki ölkənin hökumətləri və müvafiq qurumları məlumatlandırılıb.



yuxarı