A
+Əfqanıstanda qızların ali və orta təhsil müəssisələrində tibb təhsili alması qadağan edilib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, müvafiq sərəncamı ölkə başçısı Haybətullah Axundzadə imzalayıb.
“Əfqanıstanın Səhiyyə Nazirliyi səhiyyə rəsmilərinə qızların artıq bu müəssisələrdə təhsil almasına icazə verilmədiyi barədə məlumat verib”, - deyə məlumatda bildirilib.
Əfqanıstan Səhiyyə Nazirliyinin rəhbəri vurğulayıb ki, dekabrın 3-dən qadınlara və qızlara hətta tibb institutlarında və texnikumlarda oxumaq qadağan edilib.
Bundan əvvəl Əfqanıstanda Əxlaqın Təbliği və Pisliklərin Qarşısının Alınması üzrə Nazir Xalid Hənəf bildirib ki, ölkədə qadınların ictimai yerlərdə başqa qızlarla danışması qadağandır.