A
+Rusiya prezidenti Vladimir Putinin 2012-ci ildə Yaponiya qubernatoru Norihisa Satakeyə hədiyyə etdiyi Mir adlı pişik ölüb.
Söz.az xəbər verir ki, bu barədə TASS-a Akita prefekturasının ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edə ki, 2012-ci ildə Yaponiyanın Akita prefekturasının qubernatoru Norihise Satake Vladimir Putinə təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında göstərdiyi köməyə görə Rusiyaya təşəkkür olaraq, Akita İnu cinsinə aid it balasını hədiyyə edib. Rusiya lideri buna cavab olaraq qubernatora Mir adını verdikləri pişik balasını bağışlayıb.
Bu hədiyyə qubernatorun pişikləri itlərdən çox sevdiyi məlum olduqdan sonra seçilib.
Pişik balası Norihise Satakenin evində məskunlaşıb və ömrünün 12 ili ərzində ailənin tam hüquqlu üzvü olub.
Akita prefekturasının ictimaiyyətlə əlaqələr şöbəsi Mirin ölümünün səbəbinin xəstəlik olduğunu açıqlayıb.
Eyni zamanda, hələ 2020-ci ildə qubernator pişiyin digər ev heyvanları ilə yaxşı yola getdiyini, əla iştaha sahib olduğunu və sakit xarakteri ilə seçildiyini söyləyib. O vurğulayıb ki, pişik onun üçün xüsusi bir varlığa çevrilib.