A
+Dünyaca məşhur reper Eminemə ağır itki üz verib.
Söz.az TMZ-yə istinadən xəbər verir ki, sənətçinin anası Debbi Nelson 69 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişib.
O, ABŞ-nin Missuri ştatında vəfat edib.
Onun xəstəliyi barədə bu ilin sentyabr ayında məlumat yayılıb.
Həmin vaxt həkimlər onun sayılı günlərinin qaldığını bildiriblər.