A
+ABŞ-də prezident Co Baydenin oğlu Hanterə qarşı qanunsuz silah saxlamağa görə cinayət işi bağlanıb.
Söz.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Agentliyin məlumatına görə, Hanter qanunsuz silah saxlama cinayət işi üzrə 25 ilə qədər həbs cəzası ilə üzləşib.
"Federal hakim, prezident Co Baydenin oğlu üçün əfv elan edilməsindən sonra Hanter Baydenə qarşı cinayət işi bağlı elan edilib", - deyə bildirilib.
Qeyd edək ki, dekabrın 2-də Bayden qanunsuz silah saxlamaqda və vergi qanunlarını pozmaqda ittiham olunan oğlu Hanter Baydenin əfv edilməsi haqqında fərman imzalayıb.