Qorxulu virus yayılır - 140 nəfər öldü

Qorxulu virus yayılır - 140 nəfər öldü

Bu gün, 11:53
-

A

+

Afrikalılar Konqo Respublikasında 140 nəfərin həyatına son qoyan ölümcül virusla bağlı həyəcan təbili çalır. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, vəziyyət getdikcə daha da ağırlaşır. 

Mütəxəssislər xəstəliyi müəyyən edə və müvafiq müalicə üsulu tapa bilmirlər.  Yeni virusun mənşəyi də məlum deyil. 

Həkimlərin sözlərinə görə, xəstəliyin əsas simptomları yüksək hərarət və şiddətli baş ağrısıdır.

Bundan əlavə, virusun qadınlar və uşaqlar üçün böyük təhlükə yaratdığı bildirilib. 

Dövlət sərhədində xəstəliyə yoluxmuş şəxslərin müəyyən edilməsi üçün xüsusi sistemlər fəaliyyət göstərir. 

Ümumdünta Səhiyyə Təşkilatı (ÜST) Konqo Səhiyyə Nazirliyi ilə birlikdə araşdırma aparır.



yuxarı