A
+Cənubi Koreyanın müdafiə naziri Kim Yonq Hyun hərbi vəziyyətin elan edilməsi ilə bağlı yaranmış vəziyyətə görə ölkə vətəndaşlarından üzr istəyib və istefa ərizəsini təqdim etdiyini açıqlayıb.
Söz.az xəbər verir ki, bu barədə "Ryeonghap" agenetliyi məlumat yayıb. “Milli Müdafiə Naziri kimi mən özümü tam məsuliyyət hiss edirəm. Hərbi vəziyyətin tətbiqi ilə bağlı ictimaiyyət arasında çaşqınlıq və təşviş yaratdığım üçün təəssüflənirəm”, - deyə nazir bildirib.
Onun sözlərinə görə, məhz o, ölkə prezidenti Yun Sok Yola hərbi vəziyyət elan etməyi təklif edib.
Bundan əvvəl məlum olub ki, Cənubi Koreya prezidentinin impiçmenti haqqında qanun layihəsi dekabrın 5-də parlamentə təqdim olunacaq və dekabrın 6-7-də səsvermə keçiriləcək.