Qırğızıstan və Tacikistan ümumi sərhədlə bağlı işləri tamamladı

Qırğızıstan və Tacikistan ümumi sərhədlə bağlı işləri tamamladı

Dünən, 14:26
-

A

+

Qırğızıstan və Tacikistan sərhədin ortaq hissəsi ilə bağlı işləri tamamlayıb. 

Söz.az xəbər verir ki, bu barədə Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

“Qırğızıstan Respublikasının Batken vilayətinin Batken şəhərində Qırğızıstan-Tacikistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası ilə bağlı Qırğızıstan Respublikası və Tacikistan Respublikasının hökumət nümayəndə heyətlərinin həmsədrləri Kamçıbek Taşiyev və Saimumin Yatimova rasında görüş keçirilib. 

Görüş zamanı hökumət nümayəndə heyətlərinin başçıları razılığa gəlib və Qırğızıstan-Tacikistan dövlət sərhədinin qalan hissələrinin təsvirini tam başa çatdırıblar”, - deyə məlumatda bildirilib. 



yuxarı