A
+Ukrayna prezidenti Vladimir Zelenski Krımdakı nümayəndəsi Tamila Taşevanı istefaya göndərib.
Söz.az xəbər verir ki, bu barədə "Telegram"-da "RBC-Ukrayna" nəşri məlumat yayıb.
Qeyd edək ki, Vladimir Zelenski 2022-ci il aprelin 19-da Taşevanı öz nümayəndəsi təyin edib.
Taşeva, yarımadanın Ukraynanın nəzarəti altına qayıtdığı təqdirdə rusları bu ərazidən qovmaq niyyəti ilə bağlı qalmaqallı açıqlamaları ilə tanınıb.
Zelenskinin nümayəndəsi həmçinin bəyan edib ki, Krım Ukraynaya ilhaq edilərsə, yarımadaya tibbi marixuana əkmək istəyirlər.