A
+Donor ölkələr Dünya Bankının (DB) dünyanın ən yoxsul ölkələrinin fondunu artırmaq üçün üç il ərzində rekord məbləğdə 100 milyard dollar ayırmağı vəd ediblər.
Söz.az "Reuters"-ə istinadən xəbər verir ki, bu fondlar onlara böyük borclar, iqlim dəyişikliyi, inflyasiya və münaqişələrlə mübarizədə mühüm dəstək verəcək.
Bu barədə 78 aşağı gəlirli ölkəyə çox aşağı faizlə qrant və kreditlər verən Beynəlxalq İnkişaf Assosiasiyasının (BİA) vəsaitlərinin artırılması üzrə konfransda bildirilib.
“Bu kontekstdə Beynəlxalq İnkişaf Assosiasiyası təkcə maliyyə vasitəsi deyil, həm də iş yerlərinin yaradılması üçün katalizatordur. Assosiasiya ölkələri infrastruktur qurmaq, təhsil və səhiyyə sistemlərini təkmilləşdirmək, özəl sektorun artımını stimullaşdırmaq üçün resurslarla təmin edir”, - deyə Dünya Bankının prezidenti Ajay Banqa bildirib.