A
+İspaniyalı bir qadın səhvən ölü elan edilib, daha sonra isə öz dəfn mərasimində “dirilib”.
Söz.az xəbər verir ki, bu barədə "Mirror" məlumat yayıb.
İspaniyalı qadın morqa aparılıb, oradan isə dəfn bürosuna göndərilib.
Elə orada büro əməkdaşları onun nəbzinin vurduğunu aşkar ediblər. Hadisə yerinə gələn həkimlər qadının sağ olduğunu təsdiqləyib və onu təcili xəstəxanaya yerləşdiriblər.
Hazırda qadının vəziyyəti ilə bağlı əlavə məlumat verilmir.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmaya başlayıblar.