A
+Son iki gün ərzində Syerra-Leoneda meymunçiçəyi (mpox) virusuna 177 yoluxma halı qeydə alınıb.
Söz.az xəbər verir ki, bu barədə "The Guardian Nigeria" qəzeti məlumat yayıb.
Məlumata görə, ən çox yoluxma hallarının ölkənin paytaxtı Fritaunda qeydə alınıb.
“Səhiyyə işçiləri cümə günündən şənbə gününə qədər ümumilikdə 177 yoluxma qeydə alıblar”, – deyə Səhiyyə Nazirliyinin sosial mobilləşmə üzrə koordinatoru Amanda Klemens bildirib.
Qeyd edək ki, yanvar ayından indiyədək Syerra-Leoneda meymunçiçəyinə 763 yoluxma qeydə alınıb. Altı nəfər həyatını itirib, 282 nəfər isə sağalıb.