A
+Yaponiyada 115 yaşında ölkənin ən yaşlı sakini olan Okagi Hayaşi vəfat edib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, onun ölümü barədə Aiçi prefekturasının rəsmi saytında məlumat verilib.
Okagi Hayaşi 1909-cu il sentyabrın 2-də anadan olub və Gifu prefekturasına aid Toki şəhərində yaşayıb.
O, sənədlərlə təsdiqlənmiş yaşı olan dünyanın ən uzunömürlü insanları arasında üçüncü yeri tutub.
Hayişinin ölümündən sonra Yaponiyanın ən yaşlı sakini Aichi prefekturasının Nukata bölgəsinin Kota qəsəbəsində yaşayan Mine Kondo olub. O, 1910-cu il sentyabrın 1-də anadan olub.
Hazırda dünyanın ən uzunömürlü insanı 116 yaşlı braziliyalı rahibə İna Kanabarro Lukasdır. İkinci yerdə 115 yaşlı britaniyalı Ethel Katheram, üçüncü yerdə isə 114 yaşlı fransız qadın Mari-Roz Tessier qərarlaşıb.
Qeyd edək ki, bu ilin yanvar ayında dünyanın ən yaşlı insanı yaponiyalı Tomiko Itooka 116 yaşında vəfat edib.