A
+Suriya müxalifəti Deyr əz-Zor şəhərinə nəzarəti ələ keçirib.
Söz.az xəbər verir ki, bu barədə “Əl-Vatan” qəzeti məlumat yayıb.
“Baş Komandanlıq: Qüvvələrimiz Deyr əz-Zor şəhərinə tam nəzarəti ələ keçirib”, - deyə materialda bildirilib.
Həmçinin qeyd olunub ki, şəhəri müdafiə edən qüvvələr də müxalifət tərəfinə keçiblər.
Qeyd edək ki, Deyr əz-Zor ölkənin şərq hissəsində böyük mühüm nəqliyyat mərkəzidir.
Bundan əvvəl BMT Suriyanın ərazi bütövlüyünün pozulmasına qarşı çıxış edib.