Polisdən qaçmaq istədi, bacada ilişib qaldı - VİDEO

Polisdən qaçmaq istədi, bacada ilişib qaldı - VİDEO

13-12-2024, 12:05
-

A

+

ABŞ-nin Massaçusets ştatında polis bacada ilişib qalan şəxsi həbs edib. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, narkotik maddə saxlamaqda şübhəli bilinən ştat sakini axtarış üçün evinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşlarından qaçmaq qərarına gəlib.

Lakin qaçış uğursuz olub. Evin bacasından çölə çıxmaq istəyən şəxs orada ilişərək qalıb. 

Xilas edicilər bacanın kərpiclərini sökərək cinayətkarı təhlükəsizlik qüvvələrinə təhvil veriblər.

O, polisdən yayınmağa cəhd də daxil olmaqla bir neçə maddə ilə ittiham olunub. 

Təqsirləndirilən şəxs indi Milad bayramını dəmir barmaqlıqlar arxasında keçirəcək.


yuxarı