A
+Vyetnamın paytaxtı Hanoyda bir nəfər işçilərlə mübahisə etdikdən sonra 3 mərtəbəli karaoke klubunu yandırıb.
Söz.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Vyetnam İctimai Təhlükəsizlik Nazirliyinə istinadən məlumat yayıb.
Yanğın zamanı 11 nəfərin öldüyü bildirilib.
Hadisəni törədən şəxs benzindən istifadə etdiyini etiraf edib.
Yanğınsöndürənlər 7 nəfəri xilas edə biliblər. Onlardan ikisi yaralanıb və xəstəxanaya aparılıb.