Ana uşağını zibil qutusuna atıb qaçdı

Ana uşağını zibil qutusuna atıb qaçdı

Bu gün, 11:38
-

A

+

Türkiyədə ana 1,5 yaşlı qızını zibil qutusuna atıb.

Söz.az xəbər verir ki, hadisə İstanbulun Esenyurt rayonunda baş verib.

Psixoloji problemləri bildirilən ana daha sonra ərazidən qaçıb.

Vətəndaşlar hadisə ilə bağlı polisə məlumat veriblər. Hadisə yerinə çox sayda polis əməkdaşları göndərilib. 

Həmin vaxt bir kişi “bu mənim qızımdır” deyərək uşağı götürməyə çalışıb. Ətrafdakı vətəndaşlar buna imkan verməyiblər. 

Azyaşlı xəstəxanaya çatdırılıb. Uşağın səhhətinin yaxşı olduğu bildirilib.

Polis hadisə ilə bağlı araşdırmaya başlayıb.

yuxarı