Ukrayna münaqişəsini 100 günə bitirməyi tapşırdı

Ukrayna münaqişəsini 100 günə bitirməyi tapşırdı

Bu gün, 11:44
-

A

+

ABŞ prezidenti Donald Tramp Ukrayna münaqişəsinə 100 gün ərzində son qoymağı tapşırıb. 

Söz.az xəbər verir ki, bu barədə "Wall Street Journal" (WSJ) məlumat yayıb.

Məlumata görə, Tramp bununla bağlı Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloqa göstəriş verib. 

Tramp hesab edir ki, Rusiya Prezidenti Vladimir Putinlə razılaşma əldə etmək, seçki kampaniyası zamanı prezident vəzifəsinə başlamazdan əvvəl münaqişəyə son qoyacağını dediyi kimi asan olmayacaq.

Nəşrin mənbələrinə görə, Amerikanın yeni lideri Ukrayna üzrə danışıqlar prosesinin gedişatına şəxsən nəzarət etmək niyyətindədir. 


yuxarı