A
+Fransa Bəşər Əsədin həbsinə order verib.
Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barrot sosial şəbəkə hesabında bildirib.
"Fransa məhkəməsi Bəşər Əsədə qarşı həbs qərarı çıxarıb. Rejimin cinayətləri, Sednaya həbsxanasında şahidi olduğum dəhşətlər cəzasız qalmamalıdır. Fransa suriyalıların ədalətini təmin etmək üçün səfərbərdir və bundan sonra da səfərbər olacaq", - deyə nazir qeyd edib.