Təyyarələr havada toqquşdu - Ölənlər var

Təyyarələr havada toqquşdu - Ölənlər var

Dünən, 08:40
-

A

+

ABŞ-nin Arizona ştatında iki təyyarə toqquşub.

Söz.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Qəza nəticəsində azı 2 nəfərin öldüyü bildirilib.

Havada toqquşan təyyarələrin yüngül mühərrikli “Cessna 172S” və “Lancair 360 MK II” olduğu qeyd edilib.

Məlumata görə, ölən iki nəfərin bir təyyarədə olduğu, digər təyyarədəki iki nəfərin isə xəsarət almadığını vurğulanıb. 

Qəza ilə bağlı araşdırma başlanıb. 


yuxarı