A
+Ukrayna Silahlı Qüvvələrinin ehtiyatda ABŞ-dan tədarük etdiyi 50-yə yaxın ATACMS uzaqmənzilli raketləri qalıb.
Söz.az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb.
“Pentaqon heç bir rəqəm təqdim etməsə də, hesab edilir ki, Kiyev hökumətində hazırda cəmi 50-yə yaxın raket var”, - deyə nəşr iddia edib.
Həmçinin qəzetin yazdığına görə, ukraynalı döyüşçülərdə raket qıtlığı tədarükün məhdud olması ilə bağlıdır. Buna baxmayaraq, Kiyev rejimi ATACMS-i işə salmaq üçün kifayət qədər qurğu əldə edib.
Qeyd edək ki, bundan öncə Pentaqonun sözçüsü Sabrina Sinq etiraf edib ki, ABŞ-ın özündə ATACMS çatışmazlığı var.