Bu ölkədə internetə çıxış bağlanır

Bu ölkədə internetə çıxış bağlanır

Bu gün, 13:09
-

A

+

Pakistan hökuməti müxalif "Ədalət Hərəkatı"nın noyabrın 24-nə planlaşdırılan etiraz aksiyası fonunda İslamabadda, eləcə də Pəncab və Xayber Paxtunxva əyalətlərinin bəzi ərazilərində internetə çıxışı və mobil rabitə xidmətlərinin göstərilməsini qismən məhdudlaşdırmaq qərarına gəlib. 

Söz.az xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb.

Bİldirilib ki, Pakistan Telekommunikasiya İdarəsi noyabrın 22-dən şəbəkəyə girişi məhdudlaşdırmağı planlaşdırır. 

Bu tədbir etiraz aksiyaları zamanı müxalifət tərəfdarlarının hərəkətlərinin əlaqələndirilməsi imkanlarının qarşısını almaq məqsədi daşıyır.

yuxarı